AZ

Səudiyyə Ərəbistanının müdafiə naziri Trampla gizli görüşüb

Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Əl Səud cümə axşamı Ağ Evdə ABŞ prezidenti Donald Trampla gizli görüşüb.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Fox News” məlumat yayıb.

Məlumata görə, danışıqlar tamamilə İsraillə münasibətlərin normallaşdırılması məsələsinə həsr olunmayıb, lakin tərəflər bunun üçün lazım olan addımları müzakirə ediblər.

Bundan əlavə, görüşdə İranla münaqişənin deeskalasiyası və İranın nüvə proqramı üzrə danışıqların bərpası məsələsi qaldırılıb, Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və HƏMAS hərəkatının hələ də saxladığı girovların azad edilməsi perspektivləri müzakirə edilib.

Seçilən
13
7
apa.az

10Mənbələr