PKK terror təşkilatının silahı yerə qoyması Türkiyə üçün əhəmiyyətli bir hadisədir.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Nyu Yorkda brifinq zamanı deyib.
“ABŞ-ın PKK/YPG-yə bir dövlət daxilində öz müstəqil idarə edə biləcəkləri dövləti yaratmaqda köməklik göstərməyə borcu yoxdur”, - səfir əlavə edib.
PKK-nın Suriyadakı quruluşundan danışan T.Barak bildirib ki, Azad Kürdistan olmayacaq:
“Ayrı bir SDG dövləti olmayacaq. Yalnız Suriya var. SDG YPG-dir. YPG də PKK-nın törəməsidir”.