“Sabah”dan ayrılan Sofian Çaklanın yeni klubu məlum olub.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək. Mərakeşli futbolçu AEL-ə keçib.
Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çakla 2023-cü ilin yayından 2025-ci ilin yayına kimi “Sabah”da oynayıb.