İyulun 21-də Xəzər dənizində İran və Rusiya arasında "CASAREX2025" adlı birgə dəniz axtarış və xilasetmə təlimi keçiriləcək.
Moderator.az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı "Tasnim News"a istinadla xəbər verir
Məlumata görə, üç gün davam edəcək təlimdə İran ordusu, SEPAH, Polis Komandanlığı və Rusiya Hərbi Dəniz Qüvvələri iştirak edəcəklər.
Təlim "Təhlükəsiz Xəzər dənizi naminə" şüarı ilə təşkil olunur və bu təlimə digər Xəzəryanı ölkələr müşahidəçi qismində qatılacaqlar.