AZ

“Rusiya müəyyən mənada qalib gəldi və biz bunu etiraf etməliyik” – Taker Karlson (VİDEO)

Amerikalı jurnalist və siyasi şərhçi Taker Karlson Rusiyanın Ukrayna ilə müharibədə əldə etdiyi mövqeləri şərh edərkən mübahisəli açıqlama verib.

KONKRET.az xəbər verir ki, Karlson çıxışında Rusiyanın Qərbi geri çəkilməyə məcbur etdiyini və bu kontekstdə qalib olduğunu bildirib:

“Onlar [ruslar] Qərbin geri çəkilməsini istəyirdilər. Və müəyyən mənada onlar buna nail oldular. Biz bunu etiraf etməliyik. Mən Rusiyanın nəyisə udmasının tərəfdarı deyiləm. Mən amerikalıyam. Qələbə istəyirəm. Amma biz özümüzə yalan danışa bilmərik. Onlar qalib gəldilər. Onlar əraziləri ələ keçirdilər və geri qaytarmağa məcbur deyillər. Əgər nüvə bombası tətbiq etməsək, onları bu torpaqları qaytarmağa məcbur edə bilmərik. Bu, artıq qələbədir. Və qalib tərəf hər şeyi yox, amma bir çox şərtləri diqtə edə bilər. Bunu vaxtilə Almaniya da yaşadı”, – deyə o vurğulayıb.

Karlsonun bu fikirləri ABŞ ictimaiyyətində və siyasi dairələrdə birmənalı qarşılanmayıb, bəzi ekspertlər onu Rusiya təbliğatına xidmət etməkdə ittiham ediblər.

Natiq Səlim,
KONKRET.az

Seçilən
22
38
konkret.az

10Mənbələr