AZ

“Barselona”da hansı mövqedə oynayacaq? - İngilis

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yeni transfer Markus Reşfordun taktiki sxemlərdəki əsas mövqeyini müəyyənləşdirib.

İngiltərə millisinin üzvü həm sol cinahda, həm də hücumun mərkəzində oynaya bilsə də, almaniyalı çalışdırıcı onu mərkəz hücumçusu kimi görmür.

Sportinfo.az “Sport”-a istinadən xəbər verir ki, Flik “doqquz nömrə” mövqeyində Robert Levandovski, Ferran Torres və Dani Olmonu üstün tutur.

Reşford isə öz əsas mövqeyi olan sol cinahda – vinger kimi çıxış edəcək.

27 yaşlı futbolçu “Barselona”ya “Mançester Yunayted”dən icarə əsasında keçib və müqavilədə sonradan onun tam şəkildə alınması imkanı da yer alır.

“Qırmızı şeytanlar”ın yetirməsi artıq Kataloniyaya gələrək, tibbi müayinədən keçməyə və keçidi rəsmiləşdirməyə hazırlaşır.

phrase_var_article.chosen
36
50
sportinfo.az

10phrase_var_article.sources