AZ

Rusiyalı ekspert: Cənubi Qafqazda Moskvanın təsiri azalır

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Cənubi Qafqazda rolunun güclənməsi fonunda Rusiyanın regiondakı təsiri azalır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Lenta.ru”ya müsahibəsində Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Milan Lazoviç bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında münasibətlərin gərginləşməsi Ankaraya Cənubi Qafqazda öz təsirini gücləndirməyə imkan verir.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün və Türkiyənin nüfuzunu yüksəltmək üçün iki ölkə arasında vasitəçi kimi çıxış etməyə cəhd göstərə bilər”, – o söyləyib.

Lazoviçin fikrincə, Moskvanın regiondakı mövqeləri zəifləyir və postsovet məkanının bu hissəsində baş verənlərə daha diqqətli olmaq lazımdır.

“Ayıq olmaq lazımdır. Türkiyə, həqiqətən, regionda güclənib və Azərbaycanla əlaqələri vasitəsilə öz regional baxışını qurur”, – politoloq fikrini tamamlayıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
43
icma.az

10Mənbələr