Rövşən Nəcəf "Emerson Electric Co." şirkətinin Avropa regionu üzrə prezidenti ilə görüşüb - FOTOLAR
AzVision.az xəbər verir ki, görüşdə şirkətlər arasında neft-qaz sənayesinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması, ağıllı monitorinq sistemlərinin tətbiqi məsələləri nəzərdən keçirilib.
Söhbət zamanı bərpaolunan enerji layihələri, emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və davamlı texnoloji həllərin tətbiqi istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub.