BAKI. 26 iyul. TELEQRAF
Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" komandasının futbolçusu Mahir Emreli evi üçün darıxmağa başlayıb.
Teleqraf-ın məlumatına görə, bu barədə 28 yaşlı hücumçunun özü klub televiziyasının keçirdiyi sorğuda açıqlama verib.
"Ötən həftə kim və nə üçün daha çox darıxmısınız?" sualına Emrelinin cavabı belə olub: "Evim üçün darışmışam".
Qeyd edək ki, Mahir Emreli "Kayzerslautern"ə iyunun 24-də transfer olunub. O, 2021-ci ilin yayından Azərbaycandan xaricdə çıxış edir. Emreli indiyədək Polşa ("Legiya"), Xorvatiya ("Dinamo Zaqreb"), Türkiyə ("Konyaspor") və Almaniyada ("Nürnberq") legioner həyatı yaşayıb.
Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev 2016-cı ildə Portuqaliya "Boavişta"sında çıxış etdiyi vaxt da "Evim üçün darıxıram" açıqlaması vermiş və bir müddət sonra Bakıya qayıtmışdı.