AZ

Ağdərə və Goranboyda yanğınlara helikopterlər cəlb olundu

AĞDƏRƏ, 26 iyul. TELEQRAF

Ağdərə rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları ilə yanaşı helikopterlər də cəlb olunub.

Helikopterlər Suqovuşan su anbarından istifədə edərək yanğınsöndürmə əməliyyatlarını icra edirlər.

Seçilən
30
9
teleqraf.com

10Mənbələr