Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarını
8 medalla tamamlayıb.
Komandanın heyətində son olaraq Sübhan Axundov (+90 kiloqram) fəxri kürsüyə çıxıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Çexiya təmsilçisi Meliçar Şkodaya vazaari xalı ilə qalib gələrək bürünc medala yiyələnib.
Azərbaycan millisi yekunda 3 qızıl, 2 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında festivalın cüdo yarışlarının çempionu olub.
Turnirdə daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (44 kiloqram), Rza Xəlilli (50 kiloqram), Rəsul Əlizadə (55 kiloqram) qızıl, Nuranə Hacızadə (48 kiloqram), Zeyd Ələsgərov (60 kiloqram) gümüş, Aysun Məmmədova (52 kiloqram) və Məhəmməd Ağakişiyev (73 kiloqram) bürünc mükafat qazanıblar.
Hazırladı:
Elçin CƏFƏROV,
"Azərbaycan"