AZ

Yevlaxda avtomobil aşdı - 8 nəfər xəsarət aldı

Yevlaxın Xaldan qəsəbəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadiəsi nəticəsində bir ailənin üzvləri xəsarət alıblar.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı 1 kişi, 5 qadın və 2 yaşlı oğlan uşağı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qəzaya düşən şəxslərin hamısının eyni ailənin üzvləri və yaxınları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
6
6
sherg.az

10Mənbələr