Rusiyanın Severo-Kurilsk şəhərində 7,9 bal gücündə zəlzələ baş verib.
Sfera.az bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilib ki, sunami təhlükəsi elan edilib və sakinlər təxliyə edilir.
Həmçinin Rusiyanın Kamçatka bölgəsində də güclü zəlzələ baş verib. Qeyd olunub ki, yeraltı təkanlar 7-8 bal gücündə hiss olunub.
Kamçatkada yerləşən uşaq bağçalarından birinin divarı uçub, lakin itki yoxdur. Zəlzələdən sonra Yaponiyanın bütün Sakit okean sahilləri üçün sunami xəbərdarlığı edilib.