AZ

Yaponiyada zəlzələdən sonra sunami təhlükəsi elan edilib

Kamçatka sahillərində baş verən zəlzələ Yaponiyanın Hokkaydo və Oqasavara bölgələrini təhlükə altına salıb...

Kamçatka sahillərində baş verən güclü zəlzələdən sonra Yaponiyanın bəzi sahil ərazilərində sunami təhlükəsi elan olunub.

Poliqon xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi məlumat yayıb. “Kyodo” Agentliyinin xəbərinə görə, sunami dalğalarının hündürlüyü 3 metrə qədər ola bilər və bu dalğalar ölkənin şimalındakı Hokkaydo və cənubundakı Oqasavara adalarını əhatə edə bilər.

Hokkaydoda 7 ballıq seysmik intensivlik cədvəli üzrə 2 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Sahil rayonlarında yaşayan əhalinin təxliyə olunması üçün yerli hakimiyyət orqanları tərəfindən təcili çağırış edilib. Bu barədə MBS telekanalı məlumat yayıb.

Zəlzələ Moskva vaxtı ilə saat 02:24-də qeydə alınıb. Kamçatka vilayətinin Elizovo rayonunda sunami dalğalarının hündürlüyü 4 metrə qədər çatıb. Kamçatka diyarının səhiyyə naziri Oleg Melnikovun verdiyi məlumata görə, bir neçə nəfər tibbi yardım üçün xəstəxanaya müraciət edib. Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasedici və yanğınsöndürən qrupları bölgədəki binaları və əraziləri yoxlayır.

Poliqon.info

Seçilən
8
46
poliqon.info

10Mənbələr