Çin, Kanada və ABŞ-də Kamçatka zəlzələsindən sonra sunami təhlükəsi elan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” Yaponiyanın Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinə istinadən məlumat yayıb.
Kamçatkada baş verən zəlzələdən sonra sunami təhlükəsi Sakit okean sahillərinin əhəmiyyətli hissəsinə təsir edib.
Yaponiyada sunami təhlükəsi səbəbindən Sakit okean sahillərində yerləşən 220-dən çox bələdiyyədən 2 milyon insan təxliyə edilib.
Sakit okean sahillərinin digər hissələrində, xüsusən də Çinin şərqində və Şanxay bölgəsində, Kanadanın Vankuver adasında, Meksikanın Amerika sərhədi yaxınlığındakı Ensenada şəhərində, həmçinin Kresent Siti (Kaliforniya, ABŞ), Alyaska və Havayda da fəlakət xəbərdarlığı elan edilib.
Bundan əvvəl Yaponiya Meteorologiya İdarəsi Kamçatkada baş verən güclü zəlzələdən sonra ölkənin Sakit okean sahillərində sunami təhlükəsi barədə xəbərdarlıq etmişdi.
Xəbərdarlıq Hokkaydodan Kyuşuya qədər olan prefekturaları əhatə edib.
Yaponiyanın Kamçatka yaxınlığında baş verən zəlzələnin maqnitudası 8,8 bal təşkil edib.
Xuraman Etibarlı
İnterpress.az