Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bir sıra hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Metbuat.az-a "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsinin bəzi hissələrində avqustun 5-də təmir işləri ilə əlaqədar güc artımı nəzərə alınıb, müəyyən yarımstansiyalarda təftiş işləri aparılacaq.Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Binə Atçılıq və Binə Bolluq adlanan yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.