AZ

İşıq kəsiləcək

Binə qəsəbəsinin bir sıra hissələrində təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

 

Bildirilir ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsinin bəzi hissələrində avqustun 5-də təmir işləri ilə əlaqədar güc artımı nəzərə alınıb, müəyyən yarımstansiyalarda təftiş işləri aparılacaq:

 

"Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Binə Atçılıq və Binə Bolluq adlanan yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq".

Tarix: 5 Avqust 2025, 10:15   
Seçilən
68
33
pravda.az

10Mənbələr