AZ

Region "ƏL DƏYİŞDİRİR": Azərbaycan, ABŞ, Ermənistan üçlüsü - Bəs Rusiya NƏ EDƏCƏK?

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra Rusiya XİN tərəfindən verilən rəsmi açıqlama maraqla qarşılanıb. Açıqlamada bildirilib ki, Azərbaycan və Ermənistan sülhü qonşu dövlətlərin prioritetlərinə əsaslanmalıdır.

 

Qonşu dövlətlərin prioritetləri dedikdə Rusiya nəyi nəzərdə tutur? Rusiyanın rəsmi formada bu açıqlamanı verməkdə məqsədi nədir?

 

Politoloq Məhəmməd Əsədullazadə Referans-a açıqlamasında bu sualları cavablandırıb.

 



“Rusiya Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sənədinin paraflanmasına, Zəngəzur dəhlizinin açılmasına qarşıdır və bunu alqışlamadı. Çünki digər dövlətlərdən fərqli olaraq Rusiya sülhün əldə olunmasını istəmir. Bu açıqlamada da “bəzi qonşu dövlətlər” dedikdə, Rusiya elə özünü nəzərdə tutur. Guya sülh müqaviləsi, birgə bəyannamə, Zəngəzur dəhlizinin açılması Rusiyanın geosiyasi maraqlarına ziddir”.

 

Politoloq qeyd edib ki, Rusiyanın 5 il müddətində regionda sülh əldə etmək, Zəngəzur dəhlizinə nəzarət etmək üçün yetərincə fürsəti oldu. Lakin Rusiya bu 5 ildən başqa məqsədlər üçün istifadə etdi.

 

“Rusiya 5 il ərzində region ölkələrini vassal etmək, onları öz orbitinə qatmaq siyasəti güdürdü. Nəticədə də Rusiya bu proseslərdən “çıx-daş edildi”. İndi də Rusiya boş bəyanatları ilə region təhlükəsizliyini təhdid edir. Məhz belə yanaşmasına görə Rusiya tərəfi bu gün Cənuni Qafqazda öz geosiyasi mövqeyini kifayət qədər zədələyib. Rusiyanı idarə edənlər geosiyasi reallıqları qəbul etmək istəmirlər. “Hər şey Rusiyanındır” şüarı ilə siyasət yürüdülür. Bu da region dövlətlərinin Rusiyadan uzaqlaşmasına gətirib çıxarır”.

 

Fidan Vəlisoy 

Seçilən
135
50
referans.az

10Mənbələr