25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 30.07.2025-ci il tarixində başlayıb, 12.08.2025-ci il tarixinə (bu tarix də daxil olmaqla) kimi 10 (on) iş günü ərzində yekunlaşmışdır.
"PAŞA BANK" ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi isə 14.08.2025-ci il tarixində baş tutmuşdur.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "PAŞA BANK" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2006006624
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı: 40 000 ədəd
İlkin ticarət qiyməti: 1 000 AZN
İstiqrazların buraxılış həcmi: 40 000 000 AZN
Kupon faizi: 10.5%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 12 ay
Minimal qiymət: 1000 (10.50%) AZN
Maksimal qiymət% 1005,7408 (9.89%) AZN
Kəsmə qiyməti: 1003,7597 (10.10%) AZN
Ortaçəkili qiyməti: 1002,7773 (10.20%) AZN
Reallaşdırılmış həcm: 40 000 000 AZN
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 90 121 000 AZN
Abunə yazılışında iştirak etmiş investor sayı: 65
Sifarişi icra edilmiş investor sayı: 54
Abunə yazılışında təklif edilmiş sifariş sayı: 74
İcra edilmiş sifariş sayı: 54
Anderrayter: Əsas Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
Anderrayter: "Unicapital İnvestisiya Şirkəti" ASC
Anderrayter: "CPM-Invest İnvestisiya Şirkəti" ASC