"Qarabağ" tarixində 4-cü dəfə Çempionlar Liqasının pley-offunda oynamaq hüququ qazanıb.
"Football-plus.az" xəbər verir ki, Ağdam klubu əvvəllər 2017/18, 2022/23 və 2024/25 mövsümlərində turnirin pley-offunda qüvvəsini sınayıb. "Qarabağ" ilk sınaqdan üzüağ çıxaraq, qrup mərhələsində çıxış etmişdi. Qurban Qurbanovun başçılıq etdiyi komanda "Kopenhagen"i (Danimarka) səfər qolu sayəsində üstələmişdi – 1:0, 1:2. Amma ağdamlıların növbəti iki cəhdi uğursiz olub. Üç ilə əvvəl Çexiyanın "Viktoriya Plzen"i (0:0, 1:2), ötən mövsüm isə Xorvatiya çempionu "Dinamo" (0:3, 0:2) "Qarabağ"ın yolunu kəsib.
Turnirin reqlamentinə əsasən, pley-off mərhələsindən etibarən oyunlar zaman Çempionlar Liqasının himni səsləndirilir. "Qarabağ"ın sayəsində azərbaycanlı azarkeşlər növbəti dəfə qitənin ən nüfuzlu turnirinin himnini Bakıda eşidə biləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta