AZ

Avropa liderləri Vaşinqtona Zelenskiyə dəstək üçün gedir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Politico nəşrinin məlumatına görə, Avropa İttifaqının bir sıra liderləri yaxın günlərdə Vaşinqtona yollanacaq. Onların məqsədi ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiyə təzyiqlərinin qarşısını almaq və Rusiya ilə danışıqlardan sonra Kiyevə əlavə şərtlər irəli sürülməsinin qarşısını almaqdır. Avropalı diplomatların bildirdiyinə görə, Brüssel Ukraynanın təhlükəsizliyi məsələsində birgə mövqeni qorumağa çalışır və danışıqların uzanacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır. "Bizim əsas məqsədimiz Avropanın təhlükəsizliyinin risk altında qalmamasıdır", - deyə mənbələrdən biri qeyd edib. Səfərin təşəbbüskarları kimi Finlandiya prezidenti Aleksander Stubb və NATO baş katibi Mark Rutte göstərilir. Vaşinqtona həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron və İtaliya hökumət başçısı Corca Meloni də gedəcək.
Xatırladaq ki, avqustun 15-də Donald Tramp Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib. Görüşdən sonra o, Zelenski ilə, ardınca isə Avropa ölkələrinin liderləri, NATO baş katibi və Avropa Komissiyasının rəhbəri ilə telefon danışıqları aparıb. Prezident Zelenski isə avqustun 18-də Vaşinqtonda Trampla görüşərək "münaqişənin həllinə dair detalları" müzakirə edəcəyini açıqlayıb. Onunla birlikdə Makron, Starmer, Almaniya kansleri Fridrix Mers, Meloni və Ursula fon der Leyen də ABŞ paytaxtında olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
42
18
olaylar.az

10Mənbələr