AZ

Orkun Kökçü: "Şans yaratmaq üçün mübarizə apardıq"

"Beşiktaş"ın futbolçusu Orkun Kökçü "Eyüpspor"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qələbəyə görə komanda yoldaşını tərifləyib: "Gözəl qol vurduq. Şans yaratmaq üçün mübarizə apardıq. İkinci hissədə Rafa Silvanın istedadları son dəqiqədə qol vurmağımıza imkan verdi. Qələbədən razıyıq, amma performansımız daha da yaxşı ola bilərdi."

Fərid

MİA.AZ

Seçilən
51
6
mia.az

10Mənbələr