Macarıstanın "Ferensvaroş" klubunun prezidenti Qabor Kubatov Azərbaycanın “Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda qazandığı qələbə münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bu barədə Qabor Kubatov sosial şəbəkə hesabında paylaşıb edib.
Paylaşımda deyilir: “ “Qarabağ”ı təbrik edirəm. Bu gün hər şeyi düzgün etdilər. Amma biz heç vaxt təslim olmayan komandayıq. İrəli, “Ferensvaroş!””.
Qeyd edək ki, "Qarabağ" Budapeştdə keçirilən ilk matçda "Ferensvaroş"u 3:1 hesabı ilə məğlub edib.