AZ

Ağstafada "Prado" aşıb - Ölən və xəsarət alan var

Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib. Avtosfer.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Prado" markalı minik maşını aşıb. Qəza zamanı 2002-ci il təvəllüdlü A.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Daha bir nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
5
avtosfer.az

10Mənbələr