Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Monakoda təşkil olunan və Bakı vaxtı ilə saat 20:00-da start götürən püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşəcək.
Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək. Mərasimdə “Qarabağ”ı klubun vitse-prezidenti Fevzihan Aras, Baş direktor və idarə heyətinin üzvü Emrah Çelikel, digər üzv Asif Əsgərov, Əməliyyatlar departamenti rəhbəri Fərid Ağayev, Komunikasiya departmentinin rəhbəri Anar Hacıyev təmsil edir.
Püşkatmada 36 komanda 4 səbətə bölünəcək. “Qarabağ” reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdədir.
Püşkatma zamanı əvvəlcə 1-ci səbətdən bir top çıxarılacaq. Daha sonra ötən il də istifadə olunmuş avtomatlaşdırılmış proqram həmin klub üçün təsadüfi qaydada səkkiz rəqib seçəcək. Eyni prosedur bütün komandalar üçün təkrarlanacaq və nəticədə bütün cütlüklər müəyyən ediləcək.
Hər səbətdən iki komanda digər səbətlərdəki komandaya rəqib olacaq. Hər səbətdən rəqib olan iki komanda ilə oyunlardan biri evdə, digəri səfərdə keçiriləcək. Bir assosiasiyadan maksimum iki rəqib ola bilər.
Liqa mərhələsində eyni assosiasiyadan olan komandalar isə bir-birilə qarşılaşa bilməz.
10Mənbələr
-
news24.az"Qarabağ"ın rəqibləri müəyyənləşdi- Yenilənir ( 20796388)
-
bizim.media“Qarabağ”ın oyunlarının təqvimi nə vaxt açıqlanacaq? ( 20801197)
-
redaktor.az“Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri məlum oldu - SİYAHI ( 20799265)
-
redaktor.az“Qarabağ” ÇL-də bu komandalarla qarşılaşacaq - CANLI -YENİLƏNİB ( 20799190)
-
qol.az“Qarabağ”ın oyunlarının təqvimi nə vaxt açıqlanacaq? ( 20798665)
-
teleqraf.com“Qarabağ”ın oyunlarının təqvimi nə vaxt açıqlanacaq? ( 20798563)
-
sitat.info“Qarabağ”ın rəqibləri müəyyənləşdi - Yenilənir ( 20797687)
-
sitat.info"Qarabağ"ı püşkatma mərasimində onlar təmsil edəcək ( 20797552)
-
manset.az“Qarabağ”ın ÇL-də rəqibləri bəlli oldu - YENİLƏNİB ( 20797543)
-
icma.azÇempionlar Liqası: “Qarabağ”ınLiqa mərhələsindəki bütün rəqibləri müəyyənləşib – YENİLƏNİB ( 20797522)