AZ

"Neftçi" apellyasiya şikayəti ünvanladı

AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərara görə, Misli Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almış İqor Ribeyro 3 oyun cəzalandırılıb, klubumuz isə 3000 manat cərimə edilib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Neftçi” PFK bu qərarı ağır hesab edib. Bu səbəbdən İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına klub tərəfindən apellyasiya şikayəti ünvanlanıb.

Seçilən
8
10
fanat.az

10Mənbələr