Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-iyul ayılarında ölkədən dəyəri 16 milyon ABŞ dollarına yaxın 10 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 10,8 dəfə və ya 14,5 milyon dollar, həcm baxımından isə 13,8 dəfə və ya 9,3 min ton çoxdur.
Ümumilikdə cari ilin ilk yeddi ayında ölkədən dəyəri 1,86 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 18,1 faiz üstələyir. Hesabat dövründə mis filizləri və konsentratlar ixracının xüsusi çəkisi 0,86 faizə bərabər olub.