AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Gəncə-Qazax, Qurbanzadə kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Qaramusalı kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir) - Gəncə (Avtovağzal), Yalqışlaq kəndi (Göygöl) - Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl) - Gəncə (Avtovağzal), Ağlavaşlı kəndi (Şəmkir) - Gəncə (Dəmiryolu vağzalı), Ziyadlı kəndi (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Qaradağlı kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux) - Gəncə (Dəmiryolu vağzalı) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bu barədə Marja AYNA-ya istinadən xəbər verir.
Qalib şəxslər aşağıdakılardı:
Gəncə-Qazax marşrutları üzrə fiziki şəxslər Kərimov Nəbi Elbəyi oğlu və Əhmədov Elçin İsmit oğlu;
Qurbanzadə kəndi (Goranboy) – Gəncə (Avtovağzal) və Yalqışlaq kəndi (Göygöl) – Gəncə (Bağbanlar küçəsi) marşrutları üzrə hüquqi şəxs "Simurq Kompani" MMC;
Qaramusalı kəndi (Goranboy) – Gəncə (Avtovağzal) və Hacıalı kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi şəxs "Kamil Avtonəqliyyat" MMC;
Qapanlı kəndi (Şəmkir) – Gəncə (Avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Fazil-20" MMC;
Qırıqlı kəndi (Göygöl) – Gəncə (Avtovağzal) və Ağlavaşlı kəndi (Şəmkir) – Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi şəxs "Danyarlı" şirkəti;
Ziyadlı kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutu üzrə hüquqi şəxs "Nəqliyyat 1" MMC;
Qaradağlı kəndi (Goranboy) – Gəncə (Avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Mələyim" MMC qalib elan olunublar.