AZ

Karni: İsrailin Qətərə zərbəsi regionda eskalasiyaya səbəb ola bilər

BAKI, 10 sentyabr. TELEQRAF

İsrail ordusunun Dohada Fələstinin HƏMAS hərəkatının siyasi büro üzvlərinə aviazərbəsi regionda münaqişənin eskalasiyası təhlükəsi yaradır.

Teleqraf xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bəyan edib.

“Kanada İsrailin Qətərə zərbələrini pisləyir - bu, zorakılığın yolverilməz genişlənməsi və Qətərin suverenliyinə qəsddir. Belə zərbələr, məqsədlərindən asılı olmayaraq, regionda münaqişənin eskalasiyası üçün ciddi təhlükə yaradır”, - hökumət başçısı “X” sosial şəbəkəsində yazıb.

Karninin sözlərinə görə, bu zərbələr Qətər şeyxi Təmim bin Həməd Əl Taninin sülhün və təhlükəsizliyin təmin edilməsi, bütün girovların azad edilməsi və uzunmüddətli atəşkəsin əldə olunması səylərinə birbaşa təhdid yaradır.

Seçilən
80
50
teleqraf.com

10Mənbələr