AZ

Qətər: İsrailin Dohaya endirdiyi zərbələrə baxmayaraq, vasitəçilik missiyamız davam edəcək...

Baş nazir Əl Tani: Bu hücum region üçün dönüş nöqtəsidir, cavab vermək hüququmuzu saxlayırıq...

Poliqon xəbər verir ki, Qətərin baş naziri şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani İsrailin Dohadakı HƏMAS kompleksinə hücumuna baxmayaraq, ölkəsinin Qəzzada atəşkəs və girovların azad olunması istiqamətində vasitəçilik səylərini davam etdirəcəyini açıqlayıb. Bu barədə AFP məlumat yayıb.

Əl Tani hücumu “region üçün dönüş nöqtəsi” adlandıraraq, Qətərin “bu açıq-aşkar təcavüzə cavab vermək hüququnu” özündə saxladığını bildirib. Bununla yanaşı, o əlavə edib: “Heç nə bizi bölgədəki müxtəlif məsələlərdə vasitəçilik rolumuzu davam etdirməkdən çəkindirməyəcək”.

Qətər 2012-ci ildən ABŞ-ın icazəsi ilə Dohada HƏMAS-ın siyasi bürosuna ev sahibliyi edir. ABŞ-ın ən böyük hərbi bazasına da ev sahibliyi edən Qətər Vaşinqtonun Yaxın Şərqdəki əsas müttəfiqlərindəndir. Ağ Ev açıqlayıb ki, prezident Donald Tramp İsrailin ABŞ müttəfiqi ərazisində hərbi əməliyyat keçirməsi ilə razı olmayıb və Dohaya qabaqcadan xəbərdarlıq edildiyini bildirib. Lakin Qətər ABŞ-ın hücum barədə yalnız əməliyyat başladıqdan sonra məlumat verdiyini açıqlayıb.

Xatırladaq ki, İsrailin Dohada yaşayış binalarına endirdiyi hava zərbələri nəticəsində HƏMAS-ın siyasi bürosunun 6 üzvü həlak olub. HƏMAS lideri Xalil əl-Xayya sağ qalsa da, onun oğlu həyatını itirib.

Poliqon.info

Seçilən
50
50
poliqon.info

10Mənbələr