AZ

İmtahandan keçən müəllimlərin maaşı belə artırılsın

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

“Məlumdur ki, sertifikasiya imtahanından keçəndən sonra müəllimlərin motivasiyası, stimullaşdırılması ilə bağlı əməkhaqqına artımlar nəzərdə tutulub. Düzgün proporsional artım nəzərdə tutulmayıb”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Yəni, 31 bal yığmış müəllimlə 50 bal yığan müəllim əməkhaqqına eyni – 10% artım əldə edir. Bu, bilavasitə qanunla tənzimlənmir. Amma Elm və təhsil komitəsi nazirlik qarşısında bu məsələni qaldırmalıdır ki, müraciətlər də səngisin. Ən azından proporsional artım olsun. Məsələn, 31-40 bal aralığında bal toplayan müəllimlər 10%, 41-50 aralığında bal toplayanlara isə 20-25% əməkhaqqına artım olsun”, - deyə şöbə müdiri bildirib.

Anar Kəlbiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
8
unikal.az

10Mənbələr