AZ

Lavrov: “İsrailin Qətərə endirdiyi zərbələr Moskvanın narahatlığını artırır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İsrailin Qətər ərazisinə endirdiyi zərbələr Moskvanın Yaxın Şərqdə vəziyyətin sabitliyinin daha da pozulması ilə bağlı narahatlığını artırır.

NOCOMMENT.az bu barədə TASS-a istinadən xəbər verir.

“Biz bu aksiya ilə bağlı xəbəri dərin narahatlıqla qarşıladıq”, – XİN rəhbəri bildirib.

Diplomatın sözlərinə görə, İsrailin hərəkətləri beynəlxalq hüququ, xüsusən də BMT Nizamnaməsini pozur və Qətərin suverenliyinə təhlükə yaradır. O vurğulayıb ki, bu cür addımlar Yaxın Şərqdə vəziyyəti xeyli gərginləşdirə və yeni qeyri-sabitlik dalğasına səbəb ola bilər.

Sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri Dohada Fələstinin HƏMAS radikal hərəkatının rəhbərliyinə zərbələr endirib . İsrail ordusu həmçinin əmin edib ki, Qətərin paytaxtına zərbə endirməzdən əvvəl İsrail hərbçiləri mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər görüblər.

Seçilən
24
43
nocomment.az

10Mənbələr