AZ

BMT Təhlükəsizlik Şurası İsrailin Dohaya hücumunu pisləyib

BMT Təhlükəsizlik Şurası İsrailin Qətərin paytaxtına endirdiyi zərbələri pisləyib və ərəb ölkəsinin suverenliyinə dəstəyini vurğulayıb.

Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda bildirilib.

"Təhlükəsizlik Şurasının üzvləri əsas vasitəçinin evi olan Dohaya 9 sentyabr hücumlarını pisləyib. Onlar insanların həlak olmaslı ilə bağlı dərin təəssüflərini bildiriblər", - deyə qeyd edilib.

Bildirilib ki, onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Qətərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.

Seçilən
10
43
operativmedia.az

10Mənbələr