AZ

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

BAKI, TurkicWorld

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,99 ABŞ dolları və ya 1,42% azalaraq 68,73 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 69,49 dollar/barel, minimum isə 68,12 dollar/barel olub.

Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 67,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1 ABŞ dolları və ya 1,46% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 67,98 dollar/barel, minimum isə 66,64 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,6 ABŞ dolları və ya 1,1% azalaraq 55,91 dollar/barel təşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 56,76 dollar/barel, minimum isə 55,34 dollar/barel olub.

Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,89 dollar və ya 1,31% ucuzlaşaraq, 66,86 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 67,74 dollar/barel, minimum isə 66,30 dollar/barel təşkil edib.

Neftin növü / tarix

08.09.2025

09.09.2025

10.09.2025

11.09.2025

12.09.2025

Orta qiymət

Azeri LT CIF

$68,31

$68,70

$69,02

$68,12

$69,49

$68,73

Azeri Light FOB Ceyhan

$66,84

$67,23

$67,55

$66,64

$67,98

$67,25

Urals (EX NOVO)

$55,34

$55,84

$56,24

$55,35

$56,76

$55,91

Dated Brent

$66,42

$66,70

$67,14

$66,30

$67,74

$66,86

Seçilən
6
9
turkic.world

10Mənbələr