AZ

“Kəpəz” 4-cü dəfə bu aqibəti yaşadı

“Kəpəz” klubu tarixində dördüncü dəfə futbol üzrə Azərbaycan çempionatının ilk dörd turunda qələbə qazana bilməyib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Gəncə təmsilçisi son olaraq 2025/2026-cı illər mövsümünün startında uğursuzluqla üzləşib.

“Sarı-göylər “Sumqayıt” (0:3), “Karvan” (2:3) və “Zirə”nin (0:5) ardınca “Araz-Naxçıvan”a da uduzub – 0:2.

Qərb təmsilçisi ardıcıl ikinci mövsümdə startdakı 4 turda xal qazana bilmir. Ümumilikdə isə “Kəpəz” tarixində 4-cü dəfə belə halla üzləşib. 2012/2013-cü və 2022/2023-cü illər mövsümlərində də gəncəlilər uğursuz startla üzləşiblər.

Ümumilikdə isə bütün matçlarda texniki məğlubiyyət alan “Gənclik” nəzərə alınmasa, tarixdə 28-ci dəfə bir komanda ilk 4 görüşdə məğlub olub. “Kəpəz” 4, “Bakı”, “Bakılı”, MOİK və “Şəfa” hərəyə 2, digər 16 komanda bir dəfə belə duruma düşüb. “Şirvan” (Kürdəmir), AZAL, “Ədliyyə”, “Gənclərbirliyi”, “Xəzər” (Sumqayıt), “Qarabağ”, “Qəbələ”, “Lokomotiv”, “Neftqaz”, “Pambıqçı” (Neftçala), “Şahdağ” (Quba), “Şahdağ” (Qusar), “Rəvan”, “Şamaxı”, “Şəmkir” və “Turan” bir belə start yaşayıb.

error: Məzmun qorunur!
Seçilən
43
24
arena.az

10Mənbələr