AZ

Emin Cəfərov “Slaviya” – “Bodo Qlimt” matçına təyinat aldı

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA Gənclər Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Cəfərov UEFA Gənclər Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək “Slaviya” (Çexiya) – “Bodo Qlimt” (Norveç) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma sentyabrın 17-də, Praqadakı Radotin İdman Mərkəzində təşkil olunacaq.

error: Məzmun qorunur!
Seçilən
62
1
arena.az

10Mənbələr