"Football-plus.az" xəbər verir ki, bunu "Qarabağ"ın rəsmi saytına açıqlamasında klub prezidenti Tahir Gözel açıqlayıb.
O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir:
“Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik”.
Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2. Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.