AZ

Azərbaycan neft qiymətlərinin həftəlik icmalı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.

Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,4 ABŞ dolları və ya 2,04% artaraq 70,13 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 70,76 dollar/barel, minimum isə 69,43 dollar/barel olub.

Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 68,60 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,35 ABŞ dolları və ya 2% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 69,23 dollar/barel, minimum isə 67,94 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,84 ABŞ dolları və ya 1,5% artaraq 56,75 dollar/barel təşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 57,45 dollar/barel, minimum isə 55,90 dollar/barel olub.

Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,98 dollar və ya 1,46% bahalaşaraq, 67,84 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 68,56 dollar/barel, minimum isə 66,95 dollar/barel təşkil edib. /"Trend"

Neftin növü / tarix

15.09.2025

16.09.2025

17.09.2025

18.09.2025

19.09.2025

Orta qiymət

Azeri LT CIF

$69,43

$70,68

$70,76

$70,25

$69,53

$70,13

Azeri Light FOB Ceyhan

$67,94

$69,15

$69,23

$68,71

$67,99

$68,60

Urals (EX NOVO)

$56,50

$57,45

$57,18

$56,72

$55,90

$56,75

Dated Brent

$67,60

$68,56

$68,31

$67,76

$66,95

$67,84

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
10
azpolitika.info

10Mənbələr