Stokholm, 23 sentyabr, Nərgiz Cəfərli, АZƏRTAC
Kopenhagenin Kastrup hava limanının fəaliyyəti ərazidə müşahidə olunan dronlara görə dayandırılıb.
AZƏRTAC-ın məlumatına görə, polis hazırda hadisə yerində işləyir.
Kopenhagen polisi X sosial şəbəkəsində bunun böyük dronlarla bağlı olduğunu bildirib.
Bütün reyslər təxirə salınıb, təyyarələr 1 saatdan çoxdur uçuş-enmə zolağında növbə gözləyir. Məhdudiyyətlərin nə qədər davam edəcəyi hələ məlum deyil.
Hava limanı hələlik rəsmi açıqlama vermir.
DR nəşrinin müxbiri hadisə yerindən xəbər verir ki, bir neçə yanğınsöndürən avtomobil hava limanının VIP terminalına doğru hərəkət edib. Danimarka Müdafiə Nazirliyi insidentin aradan qaldırılmasında iştirakını nə təsdiq, nə də təkzib edib.
Billund aeroportu artıq bir neçə istiqaməti dəyişdirilmiş reysi qəbul edib. Məsələnin həlli üçün əlavə işçi qüvvəsi cəlb olunub.
23:51
Kopenhagen hava limanının fəaliyyəti ərazidə müşahidə olunan dronlara görə dayandırılıb.
AZƏRTAC-ın məlumatına görə, polis hadisə yerindədir. Bütün reyslər təxirə salınıb, təyyarələr 40 dəqiqədən çoxdur uçuş-enmə zolağında növbə gözləyir. Məhdudiyyətlərin nə qədər davam edəcəyi məlum deyil.
Hava limanı hələlik rəsmi açıqlama vermir.