AZ

Kopenhagen aeroportu dronlara görə BAĞLANDI

Kopenhagenin Kastrup hava limanının fəaliyyəti ərazidə müşahidə olunan dronlara görə dayandırılıb.

Redaktor.az xəbər verir ki, polis hazırda hadisə yerində işləyir.

Kopenhagen polisi X sosial şəbəkəsində bunun böyük dronlarla bağlı olduğunu bildirib.

Bütün reyslər təxirə salınıb, təyyarələr 1 saatdan çoxdur uçuş-enmə zolağında növbə gözləyir. Məhdudiyyətlərin nə qədər davam edəcəyi hələ məlum deyil.

Hava limanı hələlik rəsmi açıqlama vermir.

DR nəşrinin müxbiri hadisə yerindən xəbər verir ki, bir neçə yanğınsöndürən avtomobil hava limanının VIP terminalına doğru hərəkət edib. Danimarka Müdafiə Nazirliyi insidentin aradan qaldırılmasında iştirakını nə təsdiq, nə də təkzib edib.

Billund aeroportu artıq bir neçə istiqaməti dəyişdirilmiş reysi qəbul edib. Məsələnin həlli üçün əlavə işçi qüvvəsi cəlb olunub.

Seçilən
30
24
redaktor.az

10Mənbələr