AZ

"Sabah" güclü rəqibdi, nəinki "Neftçi" - Saşa İliç

"Sumqayıt" Misli premyer-liqasının 6-cı tur matçında "Sabah"ın meydanından xalla ayrıldı - 1:1.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Çox çətin oyun oldu. Bu gün bir xal qazandıq. Ötən turda isə xallar itirmişdik. Düzdü, ayrı-ayrı oyunlardı. Sadəcə "Sabah" güclü rəqibdi, nəinki "Neftçi".

- Hesab etmirsiz ki, futbolçularınız həddən artıq yerdə qalırdı? Hər halda, onlar bunu edərək, öz komanda yoldaşlarının diqqətini də matçdan yayındırırdı...
- Oyun epizodlarıdı, olan şeylərdi. Burda qeyri-adi heç nə yoxdu. Bu cür güclü rəqiblərlə oyunda mütləq qol şanslarından istifadə etməlisən. Futbolçularımdan razıyam. Sona qədər çalışdılar.

- Hakim haqda fikriniz necədi?
- Bu barədə danışmaq istəmirəm.

- "Sumqayıt" son matçda "Neftçi"yə uduzmuşdu. Komanda enişdə idi. Bərabərlik dönüş nöqtəsi ola bilərmi?
- "İmişli" və "Neftçi" ilə matçda biz daha güclü idik və qələbəyə daha yaxın olduq. Amma "Sabah" bizdən qat-qat güclü idi. Çalışırıq, davam edirik. Hələ görüləsi işlər, tam formaya düşməyən futbolçular var.

Seçilən
25
4
football-plus.az

9Mənbələr