"Sumqayıt" Misli premyer-liqasının 6-cı tur matçında "Sabah"ın meydanından xalla ayrıldı - 1:1.
"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Çox çətin oyun oldu. Bu gün bir xal qazandıq. Ötən turda isə xallar itirmişdik. Düzdü, ayrı-ayrı oyunlardı. Sadəcə "Sabah" güclü rəqibdi, nəinki "Neftçi".
- Hesab etmirsiz ki, futbolçularınız həddən artıq yerdə qalırdı? Hər halda, onlar bunu edərək, öz komanda yoldaşlarının diqqətini də matçdan yayındırırdı...
- Oyun epizodlarıdı, olan şeylərdi. Burda qeyri-adi heç nə yoxdu. Bu cür güclü rəqiblərlə oyunda mütləq qol şanslarından istifadə etməlisən. Futbolçularımdan razıyam. Sona qədər çalışdılar.
- Hakim haqda fikriniz necədi?
- Bu barədə danışmaq istəmirəm.
- "Sumqayıt" son matçda "Neftçi"yə uduzmuşdu. Komanda enişdə idi. Bərabərlik dönüş nöqtəsi ola bilərmi?
- "İmişli" və "Neftçi" ilə matçda biz daha güclü idik və qələbəyə daha yaxın olduq. Amma "Sabah" bizdən qat-qat güclü idi. Çalışırıq, davam edirik. Hələ görüləsi işlər, tam formaya düşməyən futbolçular var.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта