AZ

Lökbatanda 2 avtomobil toqquşub, ölənlər var - TƏCİLİ


Lökbatanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində "Abşeron" ticarət mərkəzinin qarşısında qeydə alınıb. Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdiyi avtomobillər toqquşub. Sürücü müxtəlif bədən xəsarətləri alıb, Elməddin Abbasov və sərnişin - 1978-ci il təvəllüdlü Xankişiyeva Aynurə Elxan qızı aldıqları xəsarətlərdən səhiyyə müəssisəsində ölüblər. Fakta bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nömrəli cinayət işi başlanaraq istintaqı aparılır.

Mətləb

Seçilən
23
9
baki-xeber.com

10Mənbələr