AZ

Naxçıvanda evdən oğurluq edən şəxs saxlanılıb

Naxçıvanda evdən evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, Naxçıvan şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən 6330 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş, 28 yaşlı Tale Budaqov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
35
17
ucnoqta.az

10Mənbələr