AZ

İliç: “Oyunçularımdan razıyam”

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqada “Turan Tovuz”a uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Çox çətin oyun oldu. Amma bu hesabla uduzmağımızı gözləmirdik. Çox pis oynadığımızı düşünmürəm, ona görə də bu nəticə mənim üçün də gözlənilməz oldu. Çətin rəqib idi”.

Komandadakı taktiki gedişlərdən də söz açan mütəxəssis bunları qeyd edib:

“Taktiki səhvlərdən məğlub olduğumuzu düşünmürəm. Fərdi səhvlər nəticəsində qapımızda qollar gördük və nəticəsində məğlub olduq. Əlimizdə olan oyunçular budur. Biz çalışırıq ki, minimum səhvlər edək. “Turan Tovuz”la matç çətin olduğu üçün müəyyən səhvlər qaçınılmaz oldu. Mən futbolçularımdan razıyam.Öz üzərimizdə işləyib daha da uğurlu olmağa çalışacağıq.

“İmişli” ilə matçda da məğlub olsaq da, yaxşı oynadığımızı düşünürəm. Yenə bildirirəm ki, oyunçularımdan razıyam və əlimizdəki futbolçulardan maksimum yararlanmağa çalışıb səhvləri də azaldacağımıza inanıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
8
futbolpress.az

10Mənbələr