AZ

"Araz-Naxçıvan" Naxçıvana yollanır

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” Naxçıvan Muxtar Respublikasına yollanacaq.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-da yola düşəcək əsas komandanın futbolçuları və məşqçi heyəti ertəsi gün Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Saat 11:00-da isə Naxçıvan Muxtar Respublika stadionunda azarkeşlərlə görüş baş tutacaq, onlara toplar və formalar hədiyyə olunacaq, eyni zamanda akademiyanın futbolçuları ilə əyləncə xarakterli oyun keçiriləcək.

Tədbirin sonunda imza mərasimi reallaşacaq.

Seçilən
17
8
fanat.az

9Mənbələr