Milli komandaların oyunları ilə əlaqədar Misli premyer-liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Oktyabrın 6-da yola düşəcək əsas komandanın futbolçuları və məşqçi heyəti ertəsi gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Saat 11.00-da isə Naxçıvan Muxtar Respublika stadionunda azarkeşlərlə görüş olacaq, onlara toplar və formalar hədiyyə olunacaq, eyni zamanda akademiyanın futbolçuları ilə əyləncə xarakterli oyun keçiriləcək. Tədbirin sonunda imza günü təşkil olunacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta