AZ

Azərbaycanda daşınmaz əmlak əməliyyatlarına yatırımlar 3 dəfəyə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitalayönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədarəməliyyatlara 6,4 milyon manat sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəkigöstərici ilə müqayisədə 3,9 milyon manat və ya 2,6 dəfəçoxdur.

Belə ki, 2024-cü ilin ilk doqquz ayında ölkədə əsas kapitalayönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədarəməliyyatlara 2,5 milyon manat sərf olunmuşdu.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 1% çox investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5% azalıb,qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7%artıb.

Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51%-i məhsulistehsalı sahələrinin, 4,298 milyard manatı (32,9%-i) xidmətsahələrinin, 2,102 milyard manatı (16,1%-i) isə yaşayış evlərinintikintisinin payına düşüb.

Seçilən
436
18
az.trend.az

10Mənbələr