AZ

Zəlzələ mütəxəssisindən Türkiyəyə Xəbərdarlıq

Xəbər verdiyimiz kimi, AFAD (Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi) Balıkəsir vilayətinin Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələnin baş verdiyini bildirib.

KONKRET.az-ın məlumatına görə, İstanbul və ətraf vilayətlərdə də hiss edilən zəlzələ haqqında ilk olaraq Prof. Dr. Şənər Üşümezsoy açıqlama verdi.

Üşümezsoy bildirib ki, bu zəlzələ artçı zəlzələ deyil, tətikləyici zəlzələdir.

Onun sözlərinə görə, Sındırgıdan 7-8 km cənub-şərqdə qırılma xəttinə doğrudur. Bu zəlzələ Sındırgının altında deyil, dağlarında baş verib.

“Təxminən 100 km səth yarılır. Daha 10-15 km qırılma baş vermişdi. Bu, yeraltı təkanların cənuba doğru böyüdüyü yerdir və yeni qırılma müstəvisinə səbəb olur. Dedik ki, afterşoklar daim cənuba doğru artaraq, yeni qırılma müstəvisinə gətirib çıxarır. Sındırgı camaatı bundan böyük zəlzələ gözləməlidir. Bu zəlzələ əvvəlki Balıkəsir Sındırgı zəlzələsinin bir parçasıdır. Şkafın siyirmələri kimi… Biri qırılandan sonra digəri də qırılır. Bu, afterşok deyil, onun törətdiyi zəlzələdir”.

Dəniz Pənahova 

KONKRET.az 

 

 

Seçilən
13
11
konkret.az

10Mənbələr