AZ

La Liqa: “Atletiko” “Betis”i 2 cavabsız qolla yendi - ARENA.AZ

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Betis”lə “Atletiko” qarşılaşıblar. Madrid təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.

Beləliklə, 10 turdan sonra 27 xala malik “Real” vahid liderdir. “Barselona” 22 xalla ikinci, “Vilyarreal” 20 xalla üçüncü pillədə qərarlaşıb. Madrid “Atletiko”sunun 19, “Espanyol”un 18, “Betis”in 16 xalı var.

İspaniya, La Liqa
10-cu tur

24 oktyabr

Real Sosyedad – Sevilya 2:1
Qollar: Oyarsabal, 19-pen; 36 – Qudel, 30.

25 oktyabr

Jirona – Real Ovyedo 3:3
Qollar: Stuani, 64-pen; 90-pen. Unahi, 83 – Vinas, 38-pen. Rondon, 57. Karmo, 90+7.

Espanyol – Elçe 1:0
Qol: K.Romero, 47.

Atletik – Xetafe 0:1
Qol: Mayoral, 75.

Valensiya – Vilyarreal 0:2
Qollar: Moreno, 45-pen. Komesana, 57.

26 oktyabr

Malyorka – Levante 1:1
Qollar: Maffeo, 79 – Etta Eyonq, 22.

Real – Barselona 2:1
Qollar: Mbappe, 22. Bellingem, 43 – F.Lopes, 38.

Osasuna – Selta 2:3
Qollar: Budimir, 37-pen; 45+1 – Yutqla, 26; 69. P.Duran, 87.

Rayo Valyekano – Alaves 1:0
Qol: Alemao, 90+1.

27 oktyabr

Betis – Atletiko 0:2
Qollar: C.Simeone, 3. Baena, 45+1.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
35
26
arena.az

10Mənbələr